Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəngilan şəhərində səfərdədir.
İslamveirfan.com xəbər verir ki, səfir bu barədə özünün sosial şəbəkədəki səhifəsində paylaşım edib.
“Azad Qarabağın 2-ci aeroportu #ZengilanUluslararasıHavaalanı cənab prezidentimiz @RTErdoganın iştirakı ilə bu gün açılacaq. Cənab prezidentimiz və önu müşayiət edən heyəti qarşılamaq üçün Qarabağdayıq.
Xeyirli olsun.
#TekMillet ikiDevlet” – deyə Cahit Bağcı paylaşımında bildirib
Qeyd edək ki, bu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zənqilan Beynəlxalq Aeroportunun açılışı olacaq.