Cənubi Afrika Respublikadında (CAR) müsəlman icmasının əsas QHT-lərindən olan “Awfaq SA”, ötən həftə dünyasını dəyişən hədis, təfsir və fiqh alimi Muhamməd Emin Saracın adını daşıyacaq bir fond təsis etməyi qərara alıb.
Bu barədə açıqlama yayan “Awfaq SA” fondun adının “Şeyxul-Hədis Muhamməd Emin Sarac Fondu” olacağını qeyd edib. Açıqlamada, fondun Saracın izini təqib edərək İslami elmlər sahəsində tədqiqatlar aparacaq nəsillər üçün fəaliyyət göstərəcəyi bildirilib.
“Awfaq SA”nın sədri Mikael Koler, Saracın ailəsinə və türk millətinə CAR adından başsağlığı verib və ölkəsində türk alimin xatirəsinin yaşadılmağa davam edəcəyini deyib.
“Onu həyatda tanıdığım üçün özümü bəxtiyar hesab edirəm. Sarac bütün həyatını İslami elmlərin misilsiz təlimi üçün dinə xidmətə həsr etdi. Fövqəladə həsr edişi və sarsılmaz cəsarəti ilə bir çox liderin yetişməsinin əsasını qoydu.” – deyə Koler vurğulayıb.