“Cənubi Qafqazda sabitlik Bakı ilə İrəvan arasında sülh müqaviləsindən keçir”

0

Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə mümkündür.

TASS xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

O, regional kommunikasiyaların açılmasının normallaşma və sülh prosesini sürətləndirəcəyini vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT Təhlükəsizlik Şurasının katibləri regiondakı vəziyyəti müzakirə ediblər, İşçi qrup yaradıblar

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Təhlükəsizlik Şurasının katibləri regiondakı və dünyadakı təhlükəsizlik şəraitini və son hadisələri müzakirə ediblər....

Bağla