ÇAD PREZİDENTİ ÖN CƏBHƏDƏ ALDIĞI YARALARDAN VƏFAT EDİB

0

Ön cəbhədə ağır yaralanan Çad Prezidenti İdris Debi aprelin 20-də xəstəxanada vəfat edib.

AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, İdris Debi ölkənin şimalında qiyamçılara qarşı hərbi əməliyyatlar zamanı orduya rəhbərlik edirdi.

Respublika Prezidenti, dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanı İdris Debi İtno ərazi bütövlüyünü döyüş meydanında qoruyarkən həlak olub. Biz Çad marşalının vəfatını dərin kədərlə xalqa çatdırırıq”, – deyə Çad ordusunun rəsmi nümayəndəsi general Azem Bermandoa Aquna yerli telekanalın efirində bildirib.

Qeyd edək ki, İdris Debi qiyamçılarla mübarizədə qələbəni bayram etmək və silahlı qüvvələrin əməliyyatına rəhbərlik etmək üçün cəbhə xəttinə gəlib və toqquşmalar zamanı ağır yaralanaraq xəstəxanada dünyasını dəyişib. O, aprelin 11-də keçirilən seçkilərdə 79 faizdən çox səs toplayaraq altıncı müddətə Çadın Prezidenti seçilmişdi.

            AZƏRTAC

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
23 APREL – DÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜDÜR

Aprelin 23-ü “Dünya Kitab və Müəlliflik Hüququ Günü”dür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı...

Bağla