ÇAVUŞOĞLU: “KAMAL KILIÇDAROĞLUNUN AZƏRBAYCANA ÜZR BORCU VAR”

0

“Kamal Kılıçdaroğlunun Azərbaycana üzr borcu var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Çünki ortaya çıxardığı xəritələrdə və layihələrdə Azərbaycanı saymayıb. Bununla da turizmi kölgə altına alan, vətəndaşlarımızı narahat edən açıqlamalar edib”, – Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb. Xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir.

Layihə Türk dünyasını İrandan və Çindən asılı edərək onun zəifləməsinə xidmət edir, eləcə də Zəngəzur dəhlizi layihəsini məhvə sürükləyir.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KAFİRUN SURƏSİNİN TƏFSİRİ

Kafirun surəsi Məkkə dövründə Maun surəsindən sonra nazil olmuşdur. Altı ayədən ibarətdir. İlk ayəsi kafirlərə müraciətlə başladığı üçün bu adı...

Bağla