ÇAVUŞOĞLU VƏ LAVROV DAĞLIQ QARABAĞI MÜZAKİRƏ ETDİLƏR

0

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bu barədə Türkiyənin Xarici işlər naziri özünün tvitterdəki səhifəsində bildirib.

Mövlud Çavuşoğlu qeyd edib ki, o, rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri, habelə Dağlıq Qarabağda, Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə edib.

“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə və Rusiya arasında münasibətləri, Dağlıq Qarabağda, Liviyada və Suriyada son hadisələri müzakirə etdik”, – deyə Mövlud Çavuşoğlu tvitterdəki səhifəsində yazıb.

Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, rəsmi Ankara turizm sahəsində pandemiyadan əvvəlki göstəricilərə nail olmağa hədəf seçib.

Çavuşoğlu həmçinin xatırladıb ki, çərşənbə günü Türkiyənin Mersin əyalətində “Akkuyu” atom elektrostansiyasının enerji blokunun təməlqoyma mərasimi olub. “Qoy o, ləyaqətlə xalqımıza xidmət etsin”, – nazir əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏSMİ ANKARA “KÜRDÜSTAN” XƏRİTƏSİNİN OLDUĞU MARKAYA ETİRAZ ETDİ

Türkiyənin Xarici İşlər Nazirliyi, İraq Kürd Yerli İdarəsi (İKYİ) rəhbərliyinin Roma papasının şərəfinə hazırlamağı planlaşdırdığı markaya kəskin etirazını bildirib.   ...

Bağla