Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana 8 Noyabr – Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.
Bu barədə Ceyhun Bayramov “X” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Əziz qardaşım, təşəkkür edirəm!
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun!”