CEYHUN BAYRAMOV TÜRKİYƏ XİN BAŞÇISINA ZƏNG EDİB

0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ ORDUSU SURİYADA 10 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK-nın daha terrorçusunu zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb....

Bağla