Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqları müzakirə edib

0

Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI HEÇ BİR ÖLKƏ ÜÇÜN TƏHLÜKƏ YARATMIR”

“Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlük yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək”. Bu fikirləri...

Bağla