“CHARLİE HEBDO” DƏRGİSİ QURANİ-KƏRİMİ TƏHQİR ETDİ – FOTO

0

Fransada nəşr olunan satirik “Charlie Hebdo” dərgisi müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi təhqir edib.

Dərginin bu ay çıxan sayının üz qapağında, “Quran yandırmağı dayandırın, oxuyun, əyləncəlidir. Mən heç vaxt bu qədər gülməmişdim”. – yazılıb.

Dərginin bu cür təhqiramiz qapaq yazısı sosial şəbəkələrdə müsəlmanlar tərəfindən etirazla qarşılanıb.

Qeyd edək ki, son aylarda Avropanın bəzi ölkələrində müqəddəs Qurani-Kərim nüsxələri yandırılaraq təhqir edilmişdi.

Xatırladaq ki, “Charlie Hebdo” dərgisi daha əvvəlki nəşrlərində İslam peyğəmbəri Həzrəti Muhammədin ﷺ qondarma karikaturalarını nəşr edərək böyük qalmaqala səbəb olmuşdu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şimali Kipr XİN rəhbəri: “Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı mübarizəmizə güc qatacaq”

"Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı mübarizəmizə daha da güc qatacaq". "Haber Global" xəbər verir ki, bu barədə Şimali Kipr Türk...

Bağla