CIA, MOSSAD VƏ MI6 İRANLI NÜVƏ ALİMİNİ OĞURLADI

0

Amerika, İsrail və Britaniyanın xüsusi xidmət orqanları (CIA, Mossad və MI6) Yeni il ərəfəsində İrandan 47 yaşlı nüvə alimi oğurlayıb çıxarmaq üçün birgə əməliyyat keçiriblər.

Din.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda “Sunday Express” nəşrinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, İrandan oğurlanaraq Qərbə aparılan nüvə alimi nəinki Tehranın nüvə proqramları haqda sirləri bilir, eyni zamanda bir neçə il əvvəl İranın məşhur nüvə alimi Mustafa Əhmədi Roşanın öldürülməsində də əli var. O, Mossad-ın xüsusi əməliyyatı nəticəsində öldürülmüşdü.

Nəşrin yazdığına görə, oğurlanan İran alimi Qərb kəşfiyyatına işləyib. Və onun qaçırılması əməliyyatı barədə qərar ötən ilin oktyabrında, alimin ifşa edilməsi təhlükəsi yarananda qəbul edilib.

Nəşr alimin qaçırılma mexanizmi barədə də yazıb. Qeyd olunub ki, əməliyyat əsasında dekabr ayında Mossad agentləri alimi İrandan çıxara bilib. Bundan sonra onu MI6 agentləri onu qaçqınlar qrupu arasında gizlədiblər və La-Manş boğazından qeyri-leqal qaçqınların olduğu qayıqla Böyük Britaniya ərazisinə keçiriblər.

Daha sonra alimin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən ABŞ-a aparıldığı bildirilir.

Aparılmış “söhbət” zamanı iranlı alim britaniyalı və amerikalı kəşfiyyat agentlərinə İranın nüvə proqramlarına dair qərblə razılaşdırılmış fəaliyyət planına əməl etdiyini deyib. Alimin dediyinə görə İranın Qum şəhərindən 240 kilometr məsafədə iki nüvə müəssisəsi var və orada nüvə başlıqlarının istehsalı mümkündür. Ancaq həmin mərkəzlər İranla nüvə sövdələşməsinin pozulacağı halda işə düşəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AFRİKANIN TALEYİ BU MÜSƏLMAN ÖLKƏSİNİN RƏHBƏRİNƏ TAPŞIRILDI

Efiopiya paytaxtında Afrika İttifaqının sammiti öz işinə başlayıb.

Bağla