ABŞ-ın İllinoys əyalətinin Çikaqo şəhərindəki maqistral yolların kənarındakı bilboardlara hicablı qadın şəkilləri yerləşdirilib.
Məlumata görə, magistral yolda bir çox sürücü başqa maşınlarda başı örtülü, niqablı, çadralı və s. hicablı sürücülər görəndə yolun hərəkətinə mane olacaq davranışlar göstərirlər. Nəticədə müsəlman qadın sürücülər yolda qəza təhlükəsi ilə üzləşirlər. Bu vəziyyətdən xəbər tutan şəhər administrasiyası yollarda olan bilboardlara hicblı qadın şəkilləri yerləşdirərək insanların bu fərqliliyə hörmətlə yanaşmasını təmin etməyə çalışır. Bu səbəblə də 6 həftə ərzində müxtəlif yollarda olan bilboard və reklam lövhələrində hicablı qadın şəkilləri nümayiş ediləcək.
Bu kampaniya, magistral yolda “terrorçu” müamiləsi ilə üzləşən müsəlman qadınlar üçün ümid verici olub.
Qeyd edək ki, Çikaqo ABŞ-ın 3-cü ən böyük meqapolisidir.
Xəbər:Şirəli Məmmədov