CO BAYDEN 1915-Cİ İL HADİSƏLƏRİNƏ SOYQIRIMI DEDİ – FOTO

0

ABŞ prezidenti Co Bayden, 24 aprel qondarma erməni “soyqırımının” 106-cı ildönümü ilə əlaqədar bəyanat yayıb. Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələri “soyqırımı” kimi ifadə edib.

Bayden bəyanatında növbəti qalmaqala imza aaraq İstanbul şəhərinin adını “Konistantinopolis” kimi göstərib.

Keçən ilin noyabr ayında president seçkisi üçün kampaniya aparan Co Bayden, 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağını vəd etmişdi  

Xatırladaq ki, Bayden son 40 ildə 1915-ci il hadisələrini “soyqırımı” kimi ifadə edən ilk ABŞ prezidentidir. Sabiq prezidentlərdən Ronald Reyqan 1981-ci ildə 1915-ci il hadisələrini “soyqırımı” kimi ifadə etsə də Türkiyənin etirazı ilə geri addım atmışdı.

Qeyd edək ki, tarixçilər 1915-ci il Osmanlı torpaqlarında soyqırımı olmadığını desələr də ABŞ və Avropa ölkələri bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FUTBOL ULDUZU ORUCUNU AÇMASI ÜÇÜN OYUNDAN ÇIXARILIB

İngiltərənin futbol üzrə premier liqasında “Leicester City” ilə “West Bromwich” komandaları arasında qarşılaşma keçirilib. Qarşılaşma İngiltərədə daha çox oyun vaxtı...

Bağla