ÇOXLU ZƏKA NƏZƏRİYYƏSİ: BACARIQSIZ UŞAQ YOXDUR

0

Elm adamları xüsusilə son 20 ildir ki, insan beyninin istifadə faizinin artırılması və öyrənmə səviyyəsinin yüksəldilməsi üçün çalışır. Bu tədqiqatların bəlkə də ən diqqət mərkəzində olanı Çoxlu Zəka Nəzəriyyəsidir. Mütəxəssilər bu nəzəriyyənin insanları öyrənməyə təşviq etməyə və onların həyata baxış tərzini dəyişdirə biləcək gücə sahib olduğu qənaətindədir.

Belə demək mümkündürsə, Çoxlu Zəka Nəzəriyyəsi ilə birlikdə klassik zəka testi və anlayışı tarixə qovuşmuşdur. Bu nəzəriyyənin banisi isə Professor Hovard Gardnerdir. Harvard Universitetində nevro-psixoloq olan Gardner 1983-cü ildə yazdığı “Ağlın çərçivələri”adlı kitabında zəkanın riyazi və dil olaraq iki yox, səkkiz növ olduğunu müdafiə edir. Ona görə, “Dəyişən dünyada həyata və dəyişimlərə uyğunlaşmaq məqsədi ilə hər insanda özünə xas qabiliyyət və bacarıqların toplusuna” zəka deyilir.

Çoxlu Zəka anlayışının bilinməməsinə görə dil və riyaziyyat xaricindəki zəka növlərinə sahib olan uşaqlara önəm verilmədiyi məlumdur. Əslində bacarıqsız uşaq yoxdur. Dərsləri musiqi, sənət və idman dəstəyi ilə sevdirib onların bacarıqlarını artırmaq mümkündür.

Çoxlu zəka nəzəriyyəsinə görə IQ testini əsas alan ənənəvi zəka anlayışı çox məhduddur. Nəzəriyyə insan potensiyalının daha geniş bir sahəni əhatə etdiyini və səkkiz fərqli zəka olduğunu müdafiə edir. Öyrənmək üçün sadəcə bir yolun olmadığını göstərir.

Ənənəvi anlayışda sadəcə təsirli ifadə qabiliyyəti olan, məntiqli fərdlərə dəyər verilir. Halbuki çoxlu zəkada hər növ zəkaya bərabər əhəmiyyət verilir.

Məsələn, musiqidə çox qabiliyyətli olub, ancaq riyaziyyatda bacarıqsız olan uşaq zəkalıdırmı? Əlbəttə. Çox təəssüflər olsun ki, bu qabiliyyətləri daşıyan bir çox uşaq məktəbdə dəstəklənmir. Onların fərqli düşünmə və öyrənmə yönlərinə xitab edilmədiyi üçün öyrənmə problemi ilə qarşılaşırlar. Nəticədə isə həmin uşaqlar “diqqəti əksik” və ya “bacarıqsız” olaraq adlandırılır.  

Təəssüflər olsun ki, ölkəmizdə uğur və bacarıq imtahanlarla ölçülür və müəyyən edilir. İmtahanlar əzbərçiliyə səbəb olur və kəşf etmə qabiliyyətlərini məhv edir.

Çoxlu zəka nəzəriyyəsində öyrənə bilməmə və ya bacarıqsızlıq deyə bir anlayış yoxdur. Səviyyələr fərqli olsa da hər uşaq hər mövzunu öyrənə bilər. Çoxlu zəka ilə müəllimlər dərslərini musiqi, sənət, ixtisas ekskursiyaları və başqa bir çox fərqli metodlarla öyrədir. “Musiqi zəkasına sahib olan bir uşağa tarix necə öyrədilə bilər?” sualına gəlincə isə şagirddən tarixi məlumatlarla bağlı bir musiqi hazırlaması tələb edilir və o bu işi zövqlə yerinə yetirir. Öz hazırladığı mahnıları unutmayacağı üçün də öyrənmiş olur.

Nəticə etibarı ilə çoxlu zəka nəzəriyyəsi əzbərçiliyi ortadan qaldırır və uşaqlar mövzunu istədikləri metodla öyrənirlər. 

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÖRMƏ MƏHDUDİYYƏTLİ QIZ QURANI ƏZBƏRLƏYİB HAFİZ OLDU – VİDEO

Türkiyədə görmə məhdudiyyətli yeniyetmə qız Qurani-Kərimi başdan sona qədər əzbərləyərək Hafiz titulunu qazanıb. Kocaeli vilayətinin Gebze rayonunda yaşayan 15 yaşlı...

Bağla