CÜMƏ GÜNÜ SALAVAT GƏTİRMƏYİN FƏZİLƏTİ

0

Allah-təalə Qurani-kərimdə belə buyurur:

“Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın!” (Əhzab, 33)

Allah-Təalə və saylarının nə qədər olduğunu ondan başqa heç kəsin bilmədiyi mələkləri, Peyğəmbərə davamlı olaraq salavat gətirirlər. O zaman biz də həyatımızın hər anında daim  Rəsulallah (s.ə.s) əfəndimizi xatırlamalı, tam mənasıyla ona təslim olub çoxlu salavat gətirməliyik.

Peyğambər (s.ə.s) belə buyurur:

“Hər kim mənə salam versə, salamını almaq üçün Allah mənə ruhumu geri qaytarar” (Əbu Davud, Mənasiq, 96).

“Bir kimsə məzarımın başında mənə salavat gətirərsə, mən onu eşidərəm. Əgər kimsə uzaqdan da salavat gətirsə, o da mənə çatdırılar.” (Beyhaki, Şuab, II, 215)

Xüsusilə, cümə günü salavat gətirmək çox fəzilətli ibadətdir.

Rəsullah (s.ə.s) belə buyurur:

“Cümə günü mənə çox salavat gətirin! Zira cümə günü mələklərin hazır və şahid olduğu gündür.  O gün hər kim mənə salvat gətirərsə, o salavat mütləq mənə bildirilər. Bu hal salavat gətirməyi bitirənə qədər davam edər.” (İbn Macə, Cenaiz, 65)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİ TERRORÇULARININ ŞƏHİD ETDİYİ TÜRK DİPLOMATLAR YAD EDİLDİ

Amerikada, erməni terror qruplaşmaları tərəfindən şəhid edilən türk diplomatlar yad edilib.   İlk tədbir yanvarın 27-də Santa Barbara şəhərində Türkiyənin...

Bağla