CÜMƏ NAMAZI KİMLƏRƏ FƏRZDİR?

0

Cümə günü müsəlmanlar üçün vacib günlərdən biridir. Bu gün müsəlmanların bir araya gələrək ibadət etdikləri gündür. Bu gündə müsəlmanların ən vacib vəzifəsi cümə namazını qılmaqdır. Cümə surəsində Allah-Təala belə buyurur:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (Cümə 9)

Peyğəmbər (s.ə.s) belə buyurur:

“Həddi-buluğa çatmış hər müsəlmana cümə namazını qılmaq fərzdir” (Əbu Davud, Təharət 129).

Hər kim təmbəllik edərək üç cümə namazını tərk edərsə Allah-Təala onun qəlbini möhürləyər (Tirmizi, Cümə 354). Bu hədis bizə heç bir bəhanə olmadan cümə namazını tərk edənlərin aqibəti haqqında xəbər verir.

Cümə namazını qılmağın fəziləti aşağıdaki hədisdə belə bildirilir:

“Hər kim cümə günü qüsl alar, əlindən gəldiyi qədər təmizlənər, ya öz xüsusi qoxusundan və ya evində olan gözəl qoxudan sürtər, evindən çıxar, iki adamın arasına girməz, sonra fərz olan namazı qılar, imam xütbə oxuyarkən susub onu dinləyərsə, o cümə ilə o biri cümə arasındakı günahları bağışlanar”  (Buxari, Cümə 6, 19)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDLƏRİN AÇILMAĞI ÜÇÜN DİN XADİMLƏRİ VAKSİNASİYA EDİLİR

Məscidlərin açılmasına hazırlıq məqsədilə din xadimlərinin vaksinasiya prosesi aparılır. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev açıqlamasında bildirib ki, din...

Bağla