Hər bir müsəlmanın bayramı olaraq qəbul edilən cümə günü mübarək vaxt və gündür. İçərsində Cümə namazı olan bu gündə ele bir zaman dilimi var ki, o anda edilən bütün dualar qəbul edilir. Peyğambər əfəndimizin hədislərində də bu günün fəzilətindən bəhs edilir.
“Üstünə Günəş doğan ən xeyirli gün cümə günüdür. Adəm o gün yaradıldı, o gün cənnətə qoyuldu və yenə o gün cənnətdən çıxarıldı” (Müslim, cümə 17, 18)
Allah rəsulu (s.ə.s) belə buyurur:
“Hər kim cümə günü qüsl alar, əlindən gəldiyi qədər təmizlənər, ya öz xüsusi qoxusundan və ya evində olan gözəl qoxudan sürtər, evindən çıxar, iki adamın arasına girməz, sonra fərz olan namazı qılar, imam xütbə oxuyarkən susub onu dinləyərsə, o cümə ilə o biri cümə arasındakı günahları bağışlanar.” (Buxari, cümə 6, 19)