Dəməşq şəhərinin müftisi terror hücumunda öldürüldü

0

Suriyanın paytaxtı Dəməşq şəhərinin müftisi Adnan Afyuni məruz qaldığı terror hücumu nəticəsində dünyasını dəyişib.

“Sana” agentliyinin yaydığı məlumata görə hadisə Dəməşq şəhərinin yaxınlığındakı Qadisiyyə bölgəsində baş verib.

Məlumatda bildirilir ki, müfti Afyuni şəxsi avtomobilinə yerləşdirilən kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində ağır yaralanıb. Xəstəxanaya çatdırılan müftinin həyatını xilas etmək mümkün olmayıb.

Bəşər Əsəd rejiminə yaxınlığı ilə tanınan Adnan Afyuninin ölümünün məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN terrora qarşı vətəndaşlara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DIN) vətəndaşlara müraciət edib. Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir: "Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı...

Bağla