DƏSTƏMAZ VƏ DİŞ TƏMİZLİYİ

0

Peyğəmbərimiz (s.a.v) buyurur ki, “Allah təmizdir və təmizliyi sevir” (Tirmizi, Ədəb, 41/2799). İslam həm maddi, həm də mənəvi təmizliyi əmr edir. Yeni müsəlman olan bir şəxsin qüsl etməsi və ibadət edənlərin dəstəmaz alması vacibdir.

Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, Allahın Rəsulu (s.a.v) qəbiristanlığa gəlib, “Sizə salam olsun! Ey Möminlər diyarının sakinləri. Allahın istəyi ilə sizə qoşulmağa hazır olanlara salam olsun. Mən qardaşlarımı görmək arzusundayam” deyib. Səhabələr: “Biz sənin qardaşların deyilikmi, ey Allahın Rəsulu?” deyə soruşdular. O da: “Siz mənim yoldaşlarımsınız, qardaşlarım isə hələ dünyaya gəlməyənlərdir.” deyə cavab verdi. Səhabələr: “Ey Allahın Rəsulu, sən hələ doğulmayan ümmətini necə tanıyacaqsan?” deyə soruşdular. Peyğəmbərimiz (s.a.v) də: “Bir adamın alnında və ayaqlarında ağ işarələr olan atları qara atlar arasında tanıya bilməsi kimi” dedi. Peyğəmbərimiz (s.a.v) əlavə etdi ki, ümməti dəstəmaz səbəbi ilə ağ üzləri və əlləri ilə tanınacaq (İbn Macə, Zuhd, 36).

Dəstəmaz həm fiziki, həm də mənəvi təmizliyə səbəb olur və günahların bağışlanmasına gətirib çıxarır. Dəstəmazın düzgün alınması, ağız və burunun yaxşı təmizlənməsi və suyun israf edilməməsi tövsiyə olunur. Misvak (diş fırçası) istifadə etmək də sünnədir. Peyğəmbərimiz (s.a.v) gecə namazı üçün oyandıqda dişlərini misvakla təmizləyərdi və dəstəmaz alardı. O, həmişə evə gələndə ilk olaraq dişlərini təmizləyərdi (Müslim, Taharah, 1).

Davamlı dəstəmazlı qalmaq iman gücünə bağlıdır və bu, böyük fəzilətdir. Peyğəmbərimiz (s.a.v) həmişə təmizliyə və dəstəmazlı qalmağa xüsusi əhəmiyyət verirdi. Səhabə Savban (r.a.) rəvayət edir ki, Peyğəmbərimiz (s.a.v): Yalnız möminlər daim dəstəmazlı qalmağa çalışarlar” -demişdir (Muvatta, Taharah, 36). Bilal (r.a) hər zaman dəstəmaz aldıqdan sonra iki rükət namaz qılardı və dəstəmazını təzələyərdi. (Tirmizi, Manaqib, 17/3689).

Uqba b. Amir (r.a.) dəstəmazdan sonra qılınan iki rükət namazın cənnətə girişi təmin etdiyini (Tirmizi, Manaqib, 17/3689) və dəstəmazı yaxşı tamamladıqdan sonra “Allahdan başqa ilah yoxdur və Məhəmməd onun rəsuludur” şəhadətini söyləyənə cənnətin səkkiz qapısının açılacağını bildirmişdir (Əhməd, V, 354).

Dəstəmazın müntəzəm alınması həm fiziki, həm də mənəvi sağlamlığı təmin edir və insanı ruhən ayıq saxlayır. Möminlər dəstəmazı diqqətlə almalı və dəstəmazlı qalmağa çalışmalıdırlar. Təmizlik həm şeytandan uzaqlaşdırır, həm də mələklərə yaxınlaşdırır və qəbir əzabından xilas edir. Bu həmçinin ruhun yüksəlməsinə və Allahın sevgisinin qazanılmasına səbəb olur.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA DÖVLƏT SUVERENLİYİ GÜNÜ TƏSİS EDİLİB

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda...

Bağla