“Dəyər TV” kollektivi bu Ramazan ayında yeni bir layihə ilə öz tamaşaçılarını sevindirəcək. İslamveirfan.com xəbər verir ki, bu barədə “Dəyər TV”-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, “Ramazanla Diriliş” verilişində tamaşaçılara bir-birindən maraqlı hekayələr, elmi söhbətlər və Qurani-Kərim tilavətinin təqdim ediləcək.
“Ramazanla Diriliş” proqramı Dəyər TV-nin Youtube kanalından və facebook səhifəsindən iftara bir saat qalmış Ramazan ayının ilk günü başlamaqla hər cümə axşamı yayımlanacaqdır…
“Dəyər TV” rəhbəri məqsədlərinin, bu çətin günlərdə insanların mənəvi dirilişinə vəsilə olmaq olduğunu deyib:
“Hər zaman izləyicilərinə bir-birindən maraqlı verilişlər təqdim edən Dəyər TV kollektivi bu layihələri ilə də Ramazan ayında öz izləyicilərinin könlünü oxşamaq niyyətindədir. Biz də ümid edirik ki, dünyanın korona virusla mübarizə apardığı bu çətin günlərdə “Ramazanla Diriliş” insanlarımızın mənəvi rahatlığına və ruhani dirilişinə vəsilə olacaqdır.”
Dəyər TV-ni YouTube və facebook vasitəsilə izləyə bilərsiniz.