DAHA 10 QAZİMİZ MÜALİCƏ ÜÇÜN TÜRKİYƏYƏ GÖNDƏRİLİB – SİYAHI

0

Ağır yaralanan daha 10 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

  1. Mustafayev Elşən Dilavər oğlu
  2. Babayev Elnur Əlihüseyn oğlu
  3. Əmirəliyev Nicat Kərəməli oğlu
  4. Cavadzadə Fuad Sənani oğlu
  5. Əmrahov Ruslan Rəşid oğlu
  6. Qəhrəmanlı Yaqub Abdulla oğlu
  7. Sadıqov Cəlal Elfaq oğlu
  8. Şükürov Tural Vüqar oğlu
  9. Mehtiyev Namiq Murəddin oğlu
  10. İsubov Rəfail Bayram oğlu

Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 112 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 48-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BÖYÜK AZƏRBAYCANLI FİLOSOF – ŞİHABƏDDİN YƏHYA SÜHRƏVƏRDİ

Azərbaycan tarix boyu böyük alimlər yetişdirmişdir. Belə ki, tariximizin hər dövrünə baxdıqda bunu rahat bir şəkildə görə bilərik. Böyük mütəfəkkirlərdən...

Bağla