Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı düşərgədən qaçan daha 4 PKK terrorçusunun təslim olduğunu açıqlayıb.
Bu barədə nazirliyin tviter hesabında məlumat verilib.
“Pəncə silsiləsi əməliyyatları ilə yuvasına girdiyimiz terror təşkilatı PKK-dan qaçış davam edir. Şimali İraqda sığınacaqdan qaçan daha 4 PKK terrorçusu Habur və Silopidəki Sərhəd məntəqəmizə təslim oldu. Terrorçuların yeganə çıxış yolu Türk ədalətinə təslim olmaqdır!”, – deyə paylaşımda qeyd edilib.
Report