DAHA BİR NAZİRLİYİN QARABAĞ REGİONAL İDARƏSİ YARADILDI

0

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.

Bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində məlumat verib. 

 Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə fəaliyyət dairəsini genişləndirib, işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb:

“Artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib”.

oxu.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Erməni əsirliyi və girovluğundan azad edilmiş 14 nəfər hazırda müayinə və müalicə olunurlar – SİYAHI – FOTOLAR

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və...

Bağla