Braziliyada ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanun Konqres tərəfindən qəbul edilib. Konqres tərəfindən qəbul edilən qanun Braziliya prezidenti Luiz İnasio Lula da Silva tərəfindən təsdiqlənib.
Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər. Qanun qüvvəyə mindikdən sonra həm dərslərdə, həm də tənəfüslərdə mobil telefondan istifadə qadağan olunacaq. Lula da Silva qanunun “tamamilə” zəruri olduğunu və oxşar təcrübələrin dünyanın digər ölkələrində də tətbiq edildiyini söylədi.