Danimarka Quranın və digər dini mətnlərin yandırılmasını qadağan etməyi planlaşdırır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb ölkənin təhlükəsizlik və diplomatik narahatlıqlardır.
Xatırladaq ki, daha əvvəl Danimarka, İsveç və Niderlandda Quran yandırılıb.