İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb.
“Röyters” xəbər verir ki, Kopenhagendə bir qrup etirazçı İraq səfirliyi qarşısında Quranı yandırıb.
Mənbənin məlumatına görə, aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.
Xatırladaq ki, qrup üzvləri iyulun 21-də də İraqın Kopenhagendəki səfirliyi yaxınlığında analoji hal törədərək, aksiyanı canlı yayımlamışdılar. Bundan əvvəl, iyulun 20-də isə Stokholmdakı İraq səfirliyi qarşısında Quranı nümayişkənarə şəkildə yandırıblar.
Report