Danimarkada şagirdlərə sosial şəbəkəyə giriş qadağan edilib

0

Danimarkanın bəzi orta məktəblərində şagirdlərin diqqətlərini dərslərinə yönəltmələrini təmin etmək üçün onların sosial şəbəkə və alış-veriş saytlarına girişi məhdudlaşdırılıb. Bundan əlavə, bəzi oyun saytları da bloklanıb.

Danimarkanın Uşaq və Təhsil Nazirliyinin yeni tövsiyələri bir çox orta məktəbləri internetin dağıdıcı təsiri ilə mübarizəyə qoşulmağa sövq edib.

Kopenhagendəki Niels Brock Gymnasiumda bir ildən artıqdır ki, məktəb internetindəki bəzi saytları bloklayan təhlükəsizlik divarları var.

Gənclərin sosial şəbəkələrə cəlb olunmasının qarşısını almaq üçün şagirdlər dərs başlayanda mobil telefonlarını “mobil otel” deyilən yerlərə təhvil verməli olurlar. Lakin məktəblərin bütün səylərinə baxmayaraq, bu tədbirlər şagirdlərin qadağan olunmuş saytlara daxil olmasının qarşısını tam ala bilmir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev  müfti İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Əliyeviç Berdiyevin vəfatı ilə əlaqədar doğmalarına...

Bağla