DANİMARKANIN BİR ÇOX ŞƏHƏRİNDƏ QURANA HÜCUM OLUB

0

Danimarkanın paytaxtı Kopenhagendə ifrat sağçı qrupun Qurana qarşı hücumları davam edərkən, təxribatlar ölkənin digər şəhərlərinə də keçib. Türkiyə bayrağına da nümayişçilər tərəfindən hörmətsizlik edilib.

İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qrupunun üzvləri Kopenhagendə Türkiyə, İraq, Misir, Səudiyyə Ərəbistanı və İranın səfirlikləri qarşısında Quranı yandırıblar. Qrup İslam əleyhinə pankartlar açıb, şüarlar səsləndirib.

Bir gün əvvəl sosial media hesablarında etdikləri paylaşımda bütün Danimarkada Qurana qarşı hücumlarını artırmağa davam edəcəklərini açıqlayan qrup, təxribatlarını Danimarkanın Odense və Vejle şəhərlərində də həyata keçiriblər.

Qrup üzvləri Quran və canamazın üzərinə basarkən bu anları canlı olaraq sosial media hesablarında paylaşıblar. Qrupdan birinin Türkiyə bayrağına ayaq basdığı ​​da görünüb. Sözügedən video qısa müddət sonra Facebook tərəfindən silinib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Danimarka Quranın yandırılmasından sonra sərhəd nəzarətini gücləndirib

İsveçin ardınca Danimarka da Quranın yandırılması ilə bağlı hərəkətlərə görə təhlükəsizlik tədbirlərini gücləndirir. Bu barədə "The Local" məlumat yayıb. Belə...

Bağla