“DAVAMLI SÜLH ÜÇÜN ƏRAZİ BÜTÖVLÜYÜNÜN TANINMASI ÖNƏMLİDİR”

0

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından bəhs edərkən bunun Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcəyini bildirib.

Bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri yerli NTV telekanalına müsahibəsində danışıb.

O, rəsmi Ankaranın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini həmişə dəstəklədiyinə vurğulayıb.

“Ermənistan üçün proses asan deyil. 30 ildir işğal etdikləri əraziləri geri vermələri də asan olmadı. Davamlı sülh üçün ərazi bütövlüyünün tanınması önəmlidir. Əhatəli sülh müqaviləsinin imzalanması yararlıdır. Proseslər Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcək. Atılacaq hər müsbət addım Türkiyə ilə Ermənistan arasındakı münasibətləri də müsbət anlamda daha da irəliyə aparacaq”, – XİN başçısı müsahibəsində qeyd edib.

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-NİN BAŞ KATİBİ PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının...

Bağla