“İslam dini əlbəttə Almaniyaya aiddir. İslam dini uzun illərdir Almaniyada mədəni həyatın bir hissəsi olmuşdur.”
Bu sözləri Almaniyanın yeni daxili işlər naziri, Sosial Demokratiya Partiyasının (SPD) üzvü Nensi Feyzer yarli mətbuata müsahibəsində deyib.
Almaniyanın miqrasiya ölkəsi olduğunu deyən nazir bildirib ki, miqrantların ölkəyə girişi asanlaşdırılmalıdır.
“Biz bir miqrasiya ölkəsiyik və nəticədə yaxşı bir kompromis ölkəsi olmaq istəyirik. Almaniya vətəndaşlığını qəbul etmək istəyənlərə yardım etmək istəyirik. Digər tərəfdən, ölkəmizdə qala bilməyənlərin geri qayıtmaqlarını və könüllü ayrılmaqlarını sürətləndirmək istəyirik. Artıq insanların dənizdə boğulmaqlarına tamaşaçı olmaq istəmirik. Qanuni miqrasiya yolları yaradacağıq. Mənim üçün humanizm prioritetdir.” – deyə nazir Feyzer bildirib.
Miqrasiya üçün kvota müzakirələrindən də danışan nazir, Almaniyada iş dünyasının böyük miqyasda miqrantlara ehtiyacı olduğunu qeyd edib.