DİN: Sosial şəbəkədə hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar müəyyən olunub

0

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Qeyd olunub ki, onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

“Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır”, – məlumatda bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür. Soyqırımından 106 il ötür. Bölgədə faciələrimizin 1813-cü və 1828-ci illərdə...

Bağla