DİN terrora qarşı vətəndaşlara xəbərdarlıq edib

0

Daxili İşlər Nazirliyi (DIN) vətəndaşlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir:

“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib. Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda  xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MN: Düşmənin mülki əhali arasında məcburi yaratdığı “könüllülər” ordusunun cəbhədə fərariliyi davam edir

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq...

Bağla