Qəzza zolağında müsəlman din xadimi Qurani-Kərim oxuyarkən dünyasını dəyişib. Hadisənin təhlükəsizlik kamerasında əks olunan görüntüləri soosial şəbəkə saytlarında yayılıb.
Məlumata görə, Qəzzadakı “Fələstin” məscidinin müəzzini Əbu Heysəm əs-Suveyriki sübh namazından əvvəl məscidə gələrək Quran tilavət etməyə başlayıb. Suveyriki Quran oxuyarkən dünyasını dəyişir.
Ümumdünya Müsəlman Alimlər Şurasının baş katibi professor Əli Qaradaği, “Allahım bizə gözəl bir son yaz…” qeydi ilə bu videonu sosial şəbəkədə paylaşıb.