DİN XADİMLƏRİ 5 İLDƏN BİR ATTESTASİYADAN KEÇİRİLƏCƏK

0

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri hər 5 ildən bir attestasiya ediləcək.

Layihəyə əsasən, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir və hər 5 ildən bir attestasiya ediləcək.

Attestasiya müvafiq icra hakimiyyəti orqanının (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇAD PREZİDENTİ ÖN CƏBHƏDƏ ALDIĞI YARALARDAN VƏFAT EDİB

Ön cəbhədə ağır yaralanan Çad Prezidenti İdris Debi aprelin 20-də xəstəxanada vəfat edib. AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki,...

Bağla