DİN XADİMLƏRİ NARKOTİK SATANLARIN VƏ QOHUMLARININ MƏCLİSLƏRİNƏ GETMƏYƏCƏK

0

Məscid imamlarının iştirakı ilə keçirilən yığıncaqdada İnquşetiya Alimlər Şurası narkotik ticarəti etməkdə günahlandırılan şəxslərin dini icmalardan xaric edilməsinə qərar verib.

Respublika ilahiyyatçılarının kollektiv qərarına yerli gənclər arasında narkotik istifadəsinin məyusedici statistikası əsas verib. Hazırda İnquşetiyada narkotik asılılığından müalicə üçün təxminən 1,6 min nəfər qeydiyyata alınıb. Bunlardan 237-i dispanser, 1359-u isə profilaktik müalicə qeydiyyatındadır.

Ötən illə müqayisədə narkomanların sayı 39 nəfər artmışdır. Onların böyük əksəriyyəti 35 yaşdan kiçik gənclərdir.

İnquşetiya Müftisi İsa Hamxoyev yerli müsəlman icmalarından kənarlaşdırılmanın mahiyyətini izah edib: bundan sonra dini liderlər, şəhər, qəsəbə, kənd imamları, mollalar narkotik alverçilərinin və onların yaxın qohumlarının evlərindəki toylara, cənazə, yas mərasimlərinə və digər ailə tədbirlərinə qatılmayacaqlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİLLİ ARXEOLOQ PEYĞƏMBƏRİMİZİN (ﷺ) SƏHABƏLƏRİNDƏN QALAN MƏSCİD AŞKARLAYIB

Qüdsdəki Yəhudi Universitetinin bir qrup arxeoloqu tarixi Təbariyə şəhərindəki qədim bazar ərazisində apardıqları qazıntılar zamanı təxminən 1385 il öncə tikildiyi...

Bağla