Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq tövsiyə olunub

0

Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq, bu istiqamətdə aparılan mübarizədə fəal iştirak etmək tövsiyə olunub.

Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə dini icmaların nümayəndələri üçün keçirilən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlimdə bildirilib.

Təlimdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə “Dövlət-din münasibətlərinin inkişafı: terrorla mübarizədə əsas vasitə kimi”, şöbənin əməkdaşı Aslan Sultanov “Terrorun maliyyələşməsində din faktoru” mövzularında məruzələrlə çıxış ediblər. Dini qurumlara fəaliyyətlərini bütünlükdə qanuni çərçivədə davam etdirmələri, sui-istifadə, cinayət risklərindən qorunmaq, eləcə də maliyyə məsələlərindəki əsas öhdəliklərinin icrası zamanı qanunauyğun davranış nümayiş etdirmək yolları izah edilib.

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə qeyri-kommersiya təşkilatlarının (dini qurumların) öhdəlikləri” adlı təqdimatla müvafiq sahədəki problemlərə və onların həll üsullarına diqqət çəkib.

­­­­70 nəfər dinləyicinin iştirak ediyi tədbirdə dini icmalar yeni hesabat nümunəsi və “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat”la tanış edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə ATƏT çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci ilə ATƏT çərçivəsində əməkdaşlığı müzakirə edib. Bu barədə...

Bağla