DİN XADİMLƏRİNİN ATTESTASİYASINA BAŞLANILIB

0

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar.

İlk dəfə təşkil edilən attestasiya QMİ-nin inzibati binasında keçirilir. Prosesdə fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 3-cü hissəsinə, eləcə də “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH HAVA BULUDLU VƏ YAĞMURSUZ OLACAQ

Martın 5-nə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron...

Bağla