DİN YAS MƏRASİMLƏRİ TƏŞKİL EDƏN ŞƏXSLƏRƏ XƏBƏRDARLIQ EDİB

0

Daxili İşlər Nazirliyi (DİN) qapalı məkanlarda yas mərasimləri təşkil edən şəxslərə xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır.

“Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SƏFİRİ NURU PAŞA İLƏ BAĞLI PAYLAŞIM EDİB

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qafqaz İslam Ordusunun Baş Komandanı Nuru Paşa ilə bağlı paylaşım edib. Səfir tviterdə yazıb: “Qafqaz...

Bağla