DİNİ BAYRAMLARIN (MÜQƏDDƏS GÜNLƏRİN) ƏHƏMİYYƏTİ

0

İnsan həm cəmiyyəti meydana gətirən, həm də şəxsiyyəti cəmiyyət içərisində formalaşan varlıqdır. Din, Allah inancı, əxlaq anlayışı, yaxşılıq və pislik kimi məfhumlar insanın həyat kontektsinə daxildir. Bu məfhumlardan xali bir insan fiquru sadəcə maddə və surətdən ibarət ola bilər. Cəmiyyət daxilindəki qarşılıqlı əlaqələr zənciri insanın təkamül prossesində önəmli bir rol oynayır. Qarşılıqlı əlaqələrin xaricə və daxilə dönük təsirləri insanı sabit bir varlıq olmaqdan uzaqlaşdıraraq fərdi inkişafının sürətlənməsini tətikləyir.

            İnsanın inkişafında dini bayramların/müqəddəs günlərin təsiri varmı? Bu suala cavab vermək üçün aid olduğumuz dinin bayramlarına və ya insanlar tərəfindən müqəddəs sayılan günlərə nəzər yetirmək lazımdır. Belə ki, İslamda iki müqəddəs bayram vardır; Ramazan və Qurban bayramları müsəlmanların bərabər sevindiyi, birlikdə ibadət etdiyi, sevinclərini qarşılıqlı bölüşdüyü və xəbis hislərdən təmizləndiyi müqəddəs günlərdir. Həyatın məşəqqətləri qarşısında şəxsiyyətini dərk edən müsəlmanlar maddi nemətlərlərin çətinlikləri həll etməyəcəyini bilirlər. Bayram əsnasında sahib olduqları ruh halı qardaşlıq müəssisəsinin canlandırmaqla yanaşı sevinc hissinin ruhlarına sirayət etməsinə şərait yaradır. Müsəlmanların sahib olduqları bu haləti-ruhiyyə çətinlikləri dəf etmə gücü verir və ətraflarındakı qohum-əqraba, dost-tanış, ələlxüsus, kəsə pozitif hiss təlqin edir.

            Cümə günü də müsəlmanların birlik və bərabərliyini qüvvətləndirən dini komponentlərdən biridir. Namaz əsnasında kasıb varlı fərqi olmadan hər kəs namaz üçün hazır olur. Müsəlmanlar arasındakı mənəvi bağlar qopmayan və ya dayanıqlı zəncirləri xatırladır. Cümə namazı həmçinin uşaqların qəlblərinin sevinclə dolduğu zaman aralığıdır. Təmiz və saf qəlblərin hökmran olduğu balaca bədənlər sağa-sola qaçaraq camaatın da ruhunu təmiz sevgi ilə doldurur. Unutmayaq ki, böyüklər uşaqlara yol göstərdiyi kimi, uşalar da məsum çöhrələriylə özlərindən yaşca böyüklərə rəhbərlik edə bilər. Həyatın keşməkeşindən yorulan insanlar uşaqların, bircə, gülüşləri ilə bütün yorğunluqlarını unuda bilərlər. Bəlkə də bir çox insan uşaqların timsalında öz uşaqlıqlarını gözlərində canlandıraraq həyatlarını sorğulaya, hətta, tövbə kimi ülvi bir istəyə qapı açaraq Allahın sonsuz rəhmətindən faydalanmağa da vadar edə bilər. Təəssüflə qeyd etməliyik ki, bu gün məscidlərə gələn yaşlı insanlar uşaqları azarlayır və onların məscidlərdə oynamalarına icazə vermirlər. Uşaqlar belə bir atmoserin təsirində qalaraq Allahla olan münasibətlərinə ara verə bilirlər. Dini, dində əhil olmayanlardan öyrənən şəxslərin zehinlərində formalaşan səhv fikirlər onların həyat fəlsəfələrinə mənfi təsir edir. Ələlxüsus yaşlılar bu təsirə daha çox məruz qalırlar. Səhvi doğru olaraq qəbul etdikləri üçün kiçiklərin düşüncə dünyalarında İslam zalım simavətinə bürünür və uşaqların mənfi psixologiyadan qurtulmaları təəssüf ki, çox çətin baş tutur.

            Türk dilində “kandil” deyə ifadə edilən günlər isə milli və mədəni irsimizdən süzülərək gələn insanlara müsbət mənada təsir edən maraqlı həm də gözəl günlərdir. Qədim keçmişimizə nəzər yetirdikdə bu bayramların az və ya çox dərəcədə cəmiyyət içərisindəki yerini görə bilərik. Təssüf ki, 70 illik sovet dövründə xalqın birliyini əks etdirən əlamətdar günlər cəmiyyətin zehnindən silinmişdir. Beləliklə, birləşdirici ünsürlərin yox edilməsi cəmiyyətin fərdilik prinsipinə görə həyat fəaliyyətini davam etdirməsinə vadar etmişdir. Müqəddəs günlərin gözəl tərəflərindən biri; fərdi ibadətlərin birləşərək cəmiyyət halını alması fərdi və cəmiyyət kontekstlərinin bir bədən/tək varlıq olaraq təzahür etməsini bəxş edir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA RAMAZAN BAYRAMI İLƏ ƏLAQƏDAR TƏTİL GÜNLƏRİNİN SAYI ARTIRILIB

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb. Bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib. Qərara əsasən,...

Bağla