DİNİ KOMİTƏ İBADƏT YERLƏRİNDƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yerləşən dini ibadət yerlərində ağacəkmə aksiyası keçirib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, may ayının 23-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin ətrafında keçirilən ağacəkmə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

İslam və qeyri-islam dini icma üzvlərini bir araya gətirərək ibadət evlərinin ətrafını, yaxınlıqdakı ictimai yerləri yaşıllaşdırmaq, dini icmalar arasında ümummilli məsələlərdə həmrəylik, eləcə də əməkdaşlığı daha da artırmaq məqsədilə keçirilən aksiyalarda ağac və gül tingləri əkilib, abadlıq işləri aparılıb.

Qeyd edək ki, “Yaşıl gələcək naminə” ağacəkmə aksiyasına Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə may ayının 10-da start verilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan TDT-yə üzv ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin toplantısında iştirak edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin toplantısında iştirak edib. “TRT...

Bağla