DİNİ KOMİTƏNİN SƏDRİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bəhreyndə “Bir ümmət, ortaq tale” mövzusuna həsr olunmuş islamdaxili dialoq konfransında iştirak edəcək.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, fevralın 19-20-si keçiriləcək tədbir Bəhreyn Kralı Əlahəzrət Kral Həməd bin İsa Əl Xəlifənin himayəsi altında, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər əş-Şərifin şeyxi, böyük imam doktor Əhməd əl-Tayyibin təşəbbüsü ilə təşkil olunur.

Konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar.

Tədbirin məqsədi dialoq, məsləhətləşmələr və ümumi prinsiplər üzrə qarşılıqlı anlaşmanın təşviq edilməsi, İslam həmrəyliyini inkişaf etdirmək, müsəlman dünyası, eləcə də bəşəriyyət üçün parlaq bir gələcək naminə birgə səylərin ortaya qoyulmasıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Alimlər 15 ildən sonra Yer nüvəsinin fırlanmasının dayanacağını proqnozlaşdırıblar

Alimlər 15 ildən sonra Yerin daxili nüvəsinin fırlanmasının dayanma ehtimalını irəli sürüblər. Bu barədə məqalə “Nature” elmi jurnalının saytında dərc...

Bağla