DİNİN TƏMƏL VƏ DƏYİŞMƏYƏN BEŞ ƏSASI

0

Din, ərəb dilindən tərcümədə cəza, mükafat, hökm, itaət, ibadət, adət, şəriət, qanun, yol, məzhəb və millət mənalarına gəlir.

Din sözü, Qurani-kərimdə Allah və qula nisbətlə iki tərəflidir. Bunun Allaha məxsus olanı hakim olmaq, itaəti altına almaq, hesaba çəkmək, cəzalandırmaq, qula məxsus olanı isə  boyun əymək, itaət etmək, təslim olmaqdır. Bu iki tərəf arasındakə münasibəti nizamlayan qanuna din deyilir.

Qurandakı ifadələri diqqətə alaraq İslam alimləri dini belə tərif edirlər. “Ağıllı insanları öz istəkləri ilə doğru yola (gerçək həqiqətə) aparan və peyğəmbərin vəhyinə  əsaslanan ilahi qanuna din deyilir”. Ümumiyyətlə, İslam alimlərinin qəbul edilən tərifi budur. Bu tərifə aid olan təməl və dəyişməz əsaslar aşağıdakılardır.

  • Dinin ilahi qanun olmağı: Din Allaha əsaslanır. Dinin bəşəriyyətə təbliğ və bəyan vəzifəsindən başqa heç bir rolu yoxdur. Təbliğ də ilk öncə peyğambərlər ilə başlayır.
  • Əbədi xoşbəxtliyi təmin etməsi: İnsanları doğru yola, mütləq həqiqətə və xeyirə sövq edir. Mütləq həqiqət əbədi səadətdir. Dünyada və axirətdə qurtuluş deməkdir. Dinin qayəsi də budur. 
  • Dinin vəhyə əsaslanması: Din, ilk vəhyə məzhər olan peyğambərlər vasitəsi ilə insanlara çatdırılmışdır. İnsan ilə Allah arasınadakı əlaqə də ancaq bu şəkildə mümkün olmuşdur.
  • Ağıla xitab etməsi: Dinin xitabı ağılı başında olan insanlaradır. İslama görə ağılı başında olmayan biri mükəlləf deyildir.
  • İnsanlara din azadlığı verməsi: Qurani-kərim dində məcburiyyəti qadağan etmişdir. Buna görə hər kəs dinini seçməkdə hürdür. Cüzi iradəsindən istifadə edərək istədiyi yola gedə bilər. Bunun qarşılığında ya cəza ya da mükafat qazanar.

Dr. Erdoğan Baş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMANIN QURANİ-KƏRİMƏ QARŞI VƏZİFƏLƏRİ

Uca Allahın son peyğəmbər Həzrət Mühəmmədə (s.ə.s) nazil etdiyi Qurani-Kərim qiyamətə qədər hər bir müsəlman üçün müqəddəs və həyat rəhbəri...

Bağla