Türkiyə Bayburt vilayətindəki Quran kurslarında 102 tələbə distant təlimlə Qurani-Kərimi əzbərləyərək hafiz olublar.
İslamveirfan.com xəbər verir ki, Bayburt vilayətində Türkiyənin rəsmi dini komitəsi olan “Diyanət”ə bağlı 4-ü oğlan, 2-si qız olmaqla 6 hafizlik kursu pandemiya dövründə təhsilə distant üsulla davam edib. Nəticədə 102 tələbə Qurani-Kərimi başdan sona əzbərləyərək Hafiz titulunu qazanıb.
Onlardan 54 nəfəri hafizliyi müəyyən etmə imtahanına girərək hafizlik sertfikatı alıblar. 48 tələbə isə növbəti imtahanlar üçün hazırlıqlara davam edir.