DİYANƏT KOMİTƏSİ QÜDS BARƏDƏ SÜRPRİZ QƏRAR QƏBUL ETDİ

0

Türkiyənin rəsmi dini komitəsi olan “Diyanət” işləri başqanlığı, müsəlmanlar üçün böyük əhəmiyyəti olan Qüds barədə sürpriz qərar qəbul edib.

Bu qərara görə, komətinin tərkibində fəaliyyət göstərən “Ümrə xidmətləri” departamentinin adı dəyişdirilərək “Ümrə və Qüds ziyarətləri” departamenti olub.

Diyanətin sədri Əli Erbaşın təlimatı ilə baş verən bu dəyişikliyin, müsəlmanların Qüds həssaslığı üçün rəmzi mənası olduğu bildirilir.

Diyanətin 2015-ci ildən bəri təşkil etdiyi Qüds turları, bundan sonra “Ümrə və Qüds ziyarətləri” departamenti tərəfindən təşkil ediləcək.

Komitə Qüds ziyarətinə gedəcək zəvvarlar üçün xüsusi “Qüds rəhbəri” adlı kitabcıq nəşr etdirib. Kitabcıqda, Qüdsdə ziyarət ediləcək yerlər barədə məlumatlar dərc olunub.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ “ANA FƏRYADI” ABİDƏSİNİ ZİYARƏT EDİB

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının...

Bağla