DİYANƏTDƏN TANRI CAVABI: ALLAH DEMƏK DAHA MƏQSƏDƏUYĞUNDUR

0

Türkiyənin rəsmi dini qurumu Diyanət komitəsi, müsəlmanların “Allah” əvəzinə “Tanrı” sözündən istifadə edib- edə bilməyəcəyi barədə suala cavab verib.

Diyanət komitəsinin dini işlər üzrə ali heyəti verdiyi cavabda “Allah” ifadəsindən istifadə etmənin daha doğru olacağını vurğulayıb.

Diyanət verdiyi cavabı belə əsaslandırıb:

“Tanrı sözü ərəb dilindəki ilah sözünün qarşılığıdır. İlah daha çox Allahdan başqa ibadətə layiq görülən varlıqlar üçün istifadə olunur.

Allah kəlməsi isə Onun özünü ifadə edən xüsusi addır. Bu baxımdan kəlam alimlərinə görə Allah kəlməsi, Uca Allahın müqəddəs varlığını və kamal sifətlərini əhatə edən xüsusi bir isimdir. Heç bir dildə bu kəlmənin ifadə etdiyi mənanı əhatə edəcək bir söz yoxdur.

Həmçinin, Allah kəlməsi bütün müsəlmanlar üçün tövhid inancını təmsil edən müştərək bir ifadə keyfiyyətindədir. Bu səbəblə də müsəlmanların, ibadət etdikləri yeganə yaradıcını Allah deyərək zikr etmələri daha düzgündür.  

Yəni Allah bu adla və ya “Əsmai-hüsna” deyilən 99 isimdən biri ilə zikr edilməlidir.

Bununla yanaşı dinimizin bildirdiyi mütləq kamal sahibi, nöqsanlardan uzaq olan Uca Allaha Tanrı deyilməsi İslam inancına zidd deyildir.” – deyə cavabda bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA YENİ DOĞULAN İKİ KÖRPƏYƏ ƏRDOĞAN ADI VERİLDİ

2021-ci ilin yanvar-fevral aylarında doğulan uşaqlara verilən adlar arasında Uğur və Zəhra adı üstünlük təşkil edir. Belə ki, 149 oğlana...

Bağla