ABŞ prezidenti Donald Tramp Ağ evdə məhdud sayda dəvətli üçün iftar ziyafəti təşkil edib.
İftar ziyafətində paytaxt Vaşinqtondakı bəzi müsəlman ölkələrə aid diplomatik korpusun nümayəndələri iştirak edib. İftara dəvət edilən qoaqların siyahısı rəsmi olaraq açıqlanmasa da Ağ ev müxbirlərinin verdiyi məlumata görə ziyafətdə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq, Qətər, Bəreyn, Fas, Əlcəzair və Liviyanın nümayəndələri iştirak edib.
Qeyd edək ki, bu, Donald Trampın Ağ evdə təşkil etdiyi ilk iftar ziyafətidir. Tramp ABŞ prezidentlərinin ənənəsini pozaraq ötən il Ağ evdə iftar verməmişdi.
Trampın islamafobik çıxışlarına və Ağ evdəki iftara dəvət edilməmələrinə etiraz edən bəzi müsəlman QHT-lər isə Ağ evin qarşısındakı parkda alternativ iftar proqramı təşkil ediblər.
Xəbər: Şirəli MƏMMƏDOV