DOSTLUQ

0

İki insan arasında sadə bir münasibətdən çox dərin bir sevgi və hörməti ifadə edən dostluq insan olmanın bir gərəyidir. Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: “Mömin istiqanlıdır. İnsanlarla yaxın münasibət qurmayan və onunla da yaxın münasibət qurulmayan kimsədə xeyir yoxdur” (“Müsnəd”, II, 400). Bununla bərabər Allah Rəsulu (s.ə.s.): “İnsan dostunun dini üzərədir. Ona görə də hər biriniz kiminlə dostluq etdiyinizə diqqət edin!” (Əbu Davud, Ədəb, 16) xəbərdarlığı ilə dost seçimində diqqətli olmağı tövsiyə edir. Dostların bir-birlərinə həm düşüncə, həm də xasiyyət baxımından təsir edəcəyini vurğulayan bu hədis Quranda da öz təsdiqini tapır. Qiyamət günü həqiqətlərlə üzləşdiyi zaman sıxıntıdan əllərini dişləyən kafir: Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana inanmaqdan) o uzaqlaşdırdı(Furqan 25/28-29) sözləri ilə peşmançılığını dilə gətirəcəkdir.

Allah Rəsulu (s.ə.s) dostun insana olan təsirini bir misal ilə belə izah edir: “Yaxşı və pis dostun halı gözəl ətir (müşk) satanla körük çəkənin halına bənzəyir: Müşk satan ya sənə gözəl ətrindən hədiyyə edər, yaxud özün satın alarsan yaxud da (onun yanında olanda) gözəl ətir qoxulamış olarsan. Körük çəkən adam isə ya paltarını yandırar, yaxud da körüyün pis iyi səni narahat edər“. (Müslim, Birr, 146). İnsanların həyat tərzini, həyata baxışını, hətta dinini müəyyən edə bilən dostluqlar zərərə düşməsin deyə Uca Allah belə buyurmuşdur: Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! (Ali-İmran, 3/28). Allah Rəsulu (s.ə.s) də bu barədə belə buyurur: “Ancaq möminlə dostluq et! Yeməyini də ancaq təqva sahibi olanlar yesin!” (Tirmizi, Zöhd, 55).

Könül birliyi qurmaq, dostluğu anlamaq və eyni süfrəni bölüşmək iki insanı bir-birinə daha da sıx bağlayar. Səmimi bir inanca sahib olan təqva sahibi bir mömin bu qədər həssas və dəyərli bir əlaqəni yalnız inancını gücləndirən şəxslərlə qura bilər. Bir möminin öz din qardaşını qoyub kafir olan birini özünə dost tutması uyğun olmaz. Uca Allah bunun doğru bir davranış olmadığını qəti olaraq bəyan etmişdir: “Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın!”. (Nisa 4/144).

Nəticə olaraq, buraya qədər qeyd etdiklərimizdən dost seçmə mövzusunda möminlərin həssas olması lazım gəldiyi anlaşılır. Unutmamaq lazımdır ki, yaxşı dost insanın üzünü həm dünyada həm də axirətdə ağ edər. Pis dost isə insanın axirətini bərbad edər.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TALİBANA HƏZRƏTİ MUHAMMƏDİN (ﷺ) DÖVLƏT MODELİ TÖVSİYƏ EDİLİB

“Ümumdünya Müsəlman Alimlər Şurası” Əfqanıstanda talibançılar tərəfindən qurulması planlaşdırılan müvəqqəti hökumətə İslam prinsiplərini mənimsəməyi məsləhət görüb. Bu barədə şuranın internet...

Bağla