DÖVLƏT BAYRAĞI HAQQINDA YENİ DÖVLƏT STANDARTI QƏBUL EDİLİB

0

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS 001-2006 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartının əvəzinə yenilənmiş AZS 001-2023 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartını qəbul edib.

Bu barədə Dövlət Xidməti xəbər verir.

Məlumata görə, bu standart Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda, standartla Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə PA: “TDT ölkələri dezinformasiyaya qarşı mübarizəni gücləndirməlidir”

“Türk Dövlətləri Təşkilatı (TDT) dezinformasiyaya qarşı mübarizəni gücləndirilməlidir. Buna məcburuq”. Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulda...

Bağla