HAZIRDA 3 AZƏRBAYCAN VƏTƏNDAŞI ERMƏNİSTANDA ƏSİR-GİROVLUQDA SAXLANILIR

0

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcəkdir. Döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

“Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ AZƏRBAYCANA 136 NƏFƏRLİK MİNATƏMİZLƏYƏN HEYƏT GÖNDƏRİB

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanca Ermənistan işğalından azad etdiyi Qarabağda ərazilərin minalardan təmizlənməsi davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin...

Bağla