Dövlət Komitəsinin sədri Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 3-dən 9-dək Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi və Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ABŞ-nin Provo şəhərində keçiriləcək “Dini etiqad azadlığı sülh quruculuğunda vasitədir” mövzusunda 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Simpozium çərçivəsində Ramin Məmmədov 3-4 oktyabr tarixlərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunacaq tədbirə də qatılacaq.

Oktyabrın 9-da isə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondunun rəhbərliyi ilə görüş keçirəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRDƏ ŞİMŞƏK ÇAXIR, ARABİR LEYSAN YAĞIR

Oktyabrın 2-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində oktyabrın 1-i gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib. Milli Hidrometeorologiya Xidmətindən...

Bağla